Tanınmış Azərbaycan şairi və mütəfəkkiri, öz dövrünün ən nüfuzlu sufilərindən biri sayılan Şəms əd-Din Məhəmməd ibn Əli ibn Məlikdad Təbrizi Təbrizdə doğulub. Onun həyatı barədə məlumatlar olduqca azdır. Məlum olanlar da müəmmalıdır. Bəzi salnaməçilər hətta onun şahzadə oluduğunu da israr etmişlər. Hər halda əsərlərindən və sufilik fəaliyyətindən belə bir nəticə çıxarmaq olar ki, o kamil ilahiyyat təhsili almışdır.
Yüksək erudisiyasına, hazırcavablığına və müəllimlik bacarığına görə Şəms hələ gənc yaşlarından "mürşidi-kamil" adını almışdır. O, qeyri-adi fiziki gözəlliyi və mənəvi təmizliyi ilə seçilmişdir. İran alimi Məhəmmədəli Tərbiyət onun haqqında yazır ki, Şəmsəddin Təbrizi ruh qədər incə idi. O, dinin və həqiqətin günəşi idi.
Şəmsin müridləri çox olub. Onların arasında Əbu Bəkr Sələbaf Təbrizi, Rüknəddin Səcasi və başqaları da vardı. O, həmişə qara rəngli keçə libas geyərmiş. Çoxlu səyahətlərə çıxmış, əsasən, karvansaralarda yaşamışdır. 1244-cü ilin iyirmi altı noyabrında Türkiyənin Konya şəhərində Düyüsatanların karvansarasında Şəms sonralar ən məşhur şairlərdən olan Cəlal əd-Din Rumi ilə görüşür və bu tanışlıq möhkəm dostluğa çevrilir. Onların bu görüşünü müasirləri iki dənizin qovuşması kimi qiymətləndirir, bu görüşü "Mərc əl Bəhreyn" adlandırırlar. R. Fişin yazdığına görə, "adi bir payız günü idi. O gün imperiyaların taleyini həll edən hərbi qarşılaşmalar olmadı. O gün milyonları hökmündə saxlayan şah sülaləsinin banisi taxta çıxmadı. O gün təzə bir qitə, enerjinin yeni bir növü kəşf olunmadı. Bu gündən baxanda çox uzaqda qalan o gün elə bir hadisə baş vermədi ki, adamların yaddaşında o tarixi həkk etmiş olsun. Sadəcə olaraq, iki insan görüşdü. Ancaq o gün tarixin qaranlığına nə qədər çox bürünüb görünməz olursa, həmin görüş də daha çox qeyri-adilik pərdəsinə bürünür.
Özlərini bir-birlərində tapan, bir-birini anlayan, sevən iki şəxsin görüşməsi həmişə mö'cüzədir, bəlkə də mö'cüzələrdən ən qeyri-adisidir. Bu görüş günü adətən yalnız həmin adamların şəxsi taleyində silinməz izlər qoyur.
Yeddi yüz il bundan əvvəl Konya şəhərində görüşən bu iki şəxs isə yalnız bir-birlərində özlərini tapmaqla qalmadı, onlar daha bir kəşf etdilər. Onlar İnsanı İnsan üçün kəşf etdilər. Əgər bu görüş baş verməsəydi, şimalda Orta Asiyadan cənubda Ərəbistana qədər, şərqdə İndoneziyadan qərbdə Şimali Afrikaya qədər məskunlaşmış on milyonlarla adam tamamilə başqa cür fikirləşər, özgə hissiyyatın sahibi olardı...
Həmin gün dünya üçün yer üzünün ən böyük dahilərindən biri- Cəlaləddin Rumi yenidən doğuldu. O Rumi ki, "öz poeziyasında böyük bir ərazidə məskunlaşmış xalqların e'tiqadını, hiss və duyğularını, əfsanə və rəvayətlərini əks elətdirir, insan ruhunun görünməmiş bir qüvvə ilə kamilliyə nəhayətsiz can atımını ifadə edirdi."
Bu yerdə Rumi barədə bir neçə söz söyləmək də yerinə düşər. Onun atası məscidə rəhbərlik edir və buradakı mədrəsədə dərs deyirdi. Onun çoxlu say-da müridləri vardı. Ruminin dünyagörüşü də burada formalaşmışdı. Ata-sının vəfatından sonra Cəlaləddin mədrəsədə onun yerini tutur. O, maddi cəhətdən yaxşı tə'min olunmuşdu, evli idi və sufi nəzəriyyəsi ilə məşğul olurdu. Məşhur Seyid Bürhanəddin Mühəqqiq Termezi Konyaya gəldikdən sonra onu özünə mürşid seçən Rumi bir müddət sonra təhsilini artırmaqdan ötrü Dəməşqə yola düşür. Konyaya qayıtdıqdan sonra yenə mürşidinin yanında məşğul olur. Ancaq tezliklə Termezi rəhmətə gedir və Rumi özü mübəlliqliyə başlayır. Şəmsəddin Təbrizi ilə onların görüşü də məhz həmin dövrə düşür. Bu tanışlıq Ruminin həyatında dönüş nöqtəsinə çevrilərək, onun dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.
Şəmsin zahiri və daxili gözəlliyi, yüksək insani keyfiyyətləri, sufi ideyalarına dərindən sədaqəti Rumini cəlb edir. Onun Şəmsəddinə məhəbbəti adi insan duyğularından yüksəkdə dayanır. Rumi onu özünün mürşidi e'lan edərək, elmi fəaliyyətini dayandırır, mədrəsədəki işini buraxır və özünü bütünlüklə duyğularının ixtiyarına verir. Onlar bütün vaxtlarını Şəmsin digər müridləri ilə birlikdə sufi məclislərində keçirirlər. Bu məclislərin əsasını musiqi və xüsusi dərviş rəqsləri tuturdu. Şəmsin varlığı Rumiyə Allaha qovuşmaqda bir yardımçı olur. Rumi Şəmsə sevgilərini izhar edən şe'rlər də həsr edir:
Mən Merkuri təki kitablara əyilirdim,
Katiblər qarşısında otururdum.
Lakin sənin üzünü görüb məst oldum
Və qamış qələmləri sındırdım.
Sənə istəkdən doğan göz yaşlarımla dəstamaz alıb
Namaz vaxtı sənin üzünü qibləyə çevirdim.
Əgər sənsiz diri qalsam
Məni axıra qədər yandır.
Mənim başımı əlimdən al
Əgər ondakı ağıl sənin olmayacaqsa!
Kə bədə, kilsədə, məsciddə sənə dua edirəm
Sən mənim məqsədimsən, həm yerdə, həm göydə!
Mən sənin çörəyini yeyib büsbütün doymuşam
Mən sənin suyundan bir qurtum içmişəm, mənə su lazım deyil.
Kimə pərəstiş edirsənsə, sənin qiymətin də o həddədir
Sənə pərəstiş etməklə mən necə də xoşbəxtəm!
Ruminin doğmaları və xüsusilə də müridləri onun bu halından təşvişə düşüb, bu ruh qarlaşlarını hər vəchlə ayırmaq istəyirlər. Şəmsəddin 1246-cı ildə Rumidən xəbərsiz Konyanı tərk etməli olur. O, Dəməşqə köçərək, özü barədə Rumiyə heç bir xəbər vermir.
Lakin Şəmsin bu gedişi vəziyyəti düzəltmir. Rumi ayrılığı çox ağır keçirir. O, cəmiyyətdən üz çevirib, özünə qapılır. hicran dərdi onun şe'rlərinə xüsusi bir qüvvə bəxş edir. Nəhayət, Rumi Şəmsin harada olduğunu öyrənir və sanki bu xəbər onu yenidən həyata qaytarır. Bunu görən dostları Ruminin oğlu Sultan Vələddən Şəmsəddin Təbrizinin ardınca Dəməşqə yola düşməsini rica edirlər. Rumi oğlu vasitəsilə ona bu şe'ri köndərir:
Ah, tezliklə gedin və tapın
Sevimli dastu evə gətirin.
Şirin sözlər və xoş nəğmərlə
O Ay üzlünü bizim yanımıza çəkin.
Onun sözü qüdrətli və bütövdür
O, çayları geriyə döndərə bilər.
Onun və'dlərinə və möhlət istəməsinə
İnanıb, özünüzü aldatmağa qoymayın.
Bircə o xoşluqla və sağ-salamat
Qayıdıb qapımızı döyəydi.
Onda siz elə bir şey görəcəksiniz ki,
Heç tanrının özü də elə şey görməyib...
Şe'ri oxuyan Şəms Konyaya qayıdır. Burada onu böyük şərəflə qarşılayır və onun şə'ninə təntənəli ziyafətlər verirlər. Şəmslə Ruminin dostluq münasibətləri əvvəlki qaydasına düşür. Rumi yenə də bütün vaxtını Şəmslə keçirərək, ondan bir an belə ayrılmır. Şəmsəddin Təbrizi Ruminin bacısı Kimiya ilə ailə qurur. Bütün bünlara baxmayaraq, bədxahları yenə də Şəmsi rahat buraxmırlar. Və o, yenidən, bu dəfə isə həmişəlik, Konyanı tərk edir. Onun birdən-birə yoxa çıxması indiyə qədər də müəmmalıdır. Ola bilər ki, Şəmsi Ruminin müridləri aradan götürmüş, ya quyuya tullamış, ya da öldürüb, atasının yanında basdırmışlar.
Səhər tezdən mədrəsəyə gələn Rumi orada heç kəsi tapmır. Uzun zaman inadla onu axtarır. hüznü ölçüyəkəlməzdir, Günəşi (farsca Şəms) biryolluq batmışdır. Şairin ruhi sarsıntıları hüdudsuz olsa da, birdən-birə mö'cüzə baş verir. Rumi Şəmsi özündə yenidən yaratmaq üçün güc və qüvvə tapır. O, dünya məhəbbət lirikasının ən heyrətamiz nümunələrindən birini yaradır və "Şəms Təbrizinin divanı" adlanan bu toplunu öz mürşidinin adına bağlayır.
Gənc alim sufi axtarışlarını biryolluq tullayaraq, özünü tamamilə Şəmsəddin Təbrizi adlı bir şairə çevirir. M. İ. Zənd yazır ki, "Divan"ın və bura daxil olan hər bir şe'rin Şəmsəddin Təbrizinin adından yaradılması heç vəchlə Cəlaləddin Rumi üçün poetik fənd, yaxud itkin düşmüş dostunun xatirəsinə hörmət kimi qəbul edilə bilməz: Şəmsini kerçək dünyanın makrokosmunda itirmiş mütəfəkkir onu öz qəlbinin mikrokosmunda tapmış olur. Və şairin özündə, könlündə duyduğu bu mürşid həmin nəğmələri ona diqtə edir, Rumi isə bu məqamda onları qələmə alandan (katib), oxuyandan, rəvayət edəndən (ravi) başqa heç bir rol oynamır. Ancaq eyni zamanda bu nəğmələr həm də onun öz şe'rləridir. Çünki bunlar onun qəlbində yaranmışdır. Beləliklə, Cəlaləddini onun dili ilə danışan Şəmsəddinlə həm eyniləşdirmək olar, həm də olmaz. Buna görə də bu divanın subyekti, müəllifi, lirik qəhrəmanı kimi çıxış edən Şəms eyni zamanda bunların intim-lirik anlamda obyekti də sayıla bilər. Ancaq bu "obyekt"in yalnız mürəkkəb rəmzi qavrayış planında anlaşılması mümkündür. Şəmsədiin Təbrizi ilə ünsiyyəti Rumiyə mistik idrakın yeni bir yolunu tapmaqda kömək etmişdi. Buna baxmayaraq, onun təriqəti yalnız Rumi öldükdən sonra Mövləvilik adı ilə formalaşır. Mövlana ("bizim müəllim") onun titullarından biri idi. Rumi yaradıcılığı və mövləvilik təriqəti Şərq xalqlarının dini-fəlsəfi və poetik düşüncə tərzinin inkişafına böyük təkan vermişdir." Bu deyilənlərdən başqa, həmin təriqət həm də hələ Şəmsəddinin yaratdığı dərviş rəqsləri ilə məşhurdur. Avropalılar bu təriqətin dərviş rəqslərinə böyük maraq göstərmişlər.
Şəms Təbrizinin şagird və müridləri onun əsərlərini "Məqalat" adı altında toplayıb yaymışlar